M

🍂NALƏ🍂

Hələ də, "can bala, vay!" nalələri göydə gəzir
Bir kəsə nalələri söyləməyə göy də, gəzir
Kimdi bu nalələrin sahibi, nəyçün edilib?
Elə yanmış ürəyi nalələr hər gün edilib..
Ey qələm, yaz bu əməl sahibin aləm tanısın!
Belə alçaqları hər vaxt bəni-adəm tanısın!
Belə alçaqlıq edənlər qan içən ermənidi,
Ki, Azərbaycanın onlar həmişə düşmənidi
Tarixə eylə nəzər gör nə qədər qan tökülüb?!
Bu şərəfsizlər əlindən neçə qamət bükülüb!
Nə qədər gör atalar, gör analar nalə edib?!
Nə qədər körpə, tifil qız və oğulları gedib!
Bax şəhid oğlu olan bir ataya, bir anaya!
Buna dözmək çox ağır hər ataya, hər anaya
Belə bir dərd ilə qalxmışsa əgər nalə göyə,
Hər zülmdən sora hər gün bu qədər nalə göyə
Ucalır, hey ucalır göy də çəkir nalə yerə
Dözməyir böylə ağır nalələrə dağ və dərə
Necə dözsün axı göylər bu qədər nalə, aha?!
Necə dözsün axı dağ, daş belə ağır günaha?!
Necə sönsün belə düşmənlərə sonsuz qəzəbim?!
Bu günah sahibinə tək budu, dünya, tələbim,
Verilə misli cəza, bəlkə, bu qəlbim soyuyar
Bu cəza ilə şəhidlər də ki, rahat uyuyar
Qanı qanla yumasaq yaxşı vətəndaş deyilik!
Qisasın alsaq əgər bil ki, Vətən, daş deyilik!
Rabil, Allah bizə qismət eləsin bir də bilək,
Qarabağ azad olub, biz də rahatlıqla ölək..
🇦🇿©MERAC~©M.R.🇦🇿
🍃#MERAC🍃                   
©merac