I

namaz

Namaz haqqın səlamıdır
Qıl namazı al səlamı
Namaz haqqın kəlamıdır
Anla sözü al səlamı
Namaz oxumaq deməkdir
Namaz düşünmək demkdir
Namaz öyrənmək deməkdir
Oxu yüzü al səlamı
namaz haqqı axtarmaqdır
Namaz haqqa yalvarmaqdır
Namaz haqqı yaşamaqdır
Yaşa düzü al səlamı
Namaz zikr eyləməkdir
Namaz şükür eyləməkdir
Namaz fikir eyləməkdir
Açıb gözü al səlamı
Namaz qılan haqqa baxar
Zalimlərə qarşı çıxar
Aşq ilə kəndini yaxar
Üflə közü al səlamı
Sən ey gümran dur səcdəyə
Səcdə edir baxsan nəyə
Tut üzünü yerə göyə
Dinlə özü al səlamı
08.02.2018