Nə gercək,nə dəki xəyalam indi,
Cavabı olmayan sualam indi.
Ərafda gözləyən bir qulam indi,
Nə doğru,nə dəki yalan qadınam.
Kövrək umidləri toz-duman olan,
Ölənədək könlü yaralı qalan,
Dünyası dağılib,tarimar olan,
Arzusu gözundə qalan qadınam.
Bağlı qapıları sevgiylə açan,
Ovcunda duası səmaya uçan
Bəzən günəş kimi səfəqlər saçan,
Bəzən də bulud tək dolan qadınam.
Dərgaha yaxınam,dünyadan uzaq,
Haqqa bircə addım,xülyadan uzaq,
İlğim görünüşlü sevdadan uzaq,
Bəxtinin çiçəyi solan qadınam .
Mərhəmət duygusu çox lətif,incə,
Ruhu səmalardan enmədən öncə,
Bu fani dunyada ölmədən öncə ,
Cənnət müjdəsini alan qadınam.
Məkanım göylə yer arasındadır,
Sirrim cüt ilə bir arasindadır.
Tənha Bulud Haqqın nidasındadır,
Oz əhdinə sadiq olan qadınam.
23.12.2022
©tenhabulud
T