Necə satdın necə satdın?
Düşmənimə dostum məni,
Nə vəd etdi söylə axı?
Malmı mülkmü şirkətlərmi?
Necə satdın mənliyini?
Necə satdın kimliyini?
Dostluq qeyrət ağır oldu,
Satdın pula qeyrətini,
Arxa dayaq var sanmışdım,
Candan ötə can sanmışdım,
Mən ki,səni mən sanmışdım,
Necə satdın dostum məni ?.
©Çingiz
Ç