🍂🍂🍂
Mənim səndən uzaqlarda yamandı halım
Necəsən ?
Özgəsinə qismət olan cahi calalım
Necəsən ?
Yalana döndü gerçəyim,ay gözəlim ay göyçəyim
Çəmənim gülüm çiçəyim pətəyim balım
Necəsən ?
Daşam yolun üsdə bitən,nə sirrdi anlamaz yetən
Gözü könlü dil dil ötən, dilləri lalım
Necəsən ?
Zər'zibam ləlim gövhərim, yaqut yəmən simuzərim
Barmaqları bəxtəvərim başı bəlalım
Necəsən..?
Üzün dönməz mənə sarı yarı ,öz ömrünən yarı..
İbrahimin sitəmkarı..
Necəsən zalım ?
Necəsən ..?!
🍂🍂🍂
©_naz_
_