Müəllif Ömür Yazar
Neynirəm axı... 01.07.2020
Mən belə dünyanı neynirəm axı,
İçində yalanlar, dolanlar yatıb.
Mən belə dünyanı neynirəm axı,
İçində saxtakar adamlar yatıb.
Mən belə sevgini neynirəm axı,
Namusu, qeyrəti kənara atıb.
Mən belə sevgini neynirəm axı,
Özünü şəhvətə, zinaya satıb!
Mən belə dövranı neynirəm axı,
Pul olub baş tacı, dil olub acı.
Mən belə dövranı neynirəm axı,
Qardaş qardaşını çağırır bacı.
Mən belə nəfəsi neynirəm axı,
Hər alıb verəndə ürəyim əsir.
Mən belə nəfəsi neynirəm axı,
Bu kor qovlan-qaçda kələyi kəsir.
Mən belə dünyanı neynirəm axı,
İçində yalanlar, dolanlar yatıb.
Mən belə dünyanı neynirəm axı,
İçində saxtakar adamlar yatıb.
©ömüryazar
Ö