M

🍂NƏFS VƏ ŞEYTAN🍂

Sən gəl elə zənn eyləmə ki aləmə şahsan
Yaxudda ki hər bir kəsə dünyada pənahsan
Olsan belə bir kəs biləsən əhli-günahsan
Bir bax neçəsi bu cürnə xülyada yatıbdı
Allaha itaətlə təvazökar olarsan
Şeytan aldatsa əməldə riyakar olarsan
Haqqın sözünə sən o zaman bir kar olarsan
İmanı çoxu bu cürnə dünyada satıbdı
İnsan əməliylə biləsən hər dəm ucalmış
O hər zaman Allahın edib zikri güc almış
Kimlər belə dünyada yaşamış və qocalmış
Allah onları bu cürnə rizvana qatıbdı
Kim Allahı inkar edərək tüğyan edibdi
Çox şah özünə tanrı deyib üsyan edibdi
Allah onları yandıraraq büryan edibdi
Firon da o vaxt bu cürnə dəryada batıbdı
©QəmliAşiq~©M.R.
🍂#QəmliAşiq🍂
🍂...🍃...🍂
©qemliaşiq