Ölümə nə var ki birdəfəlikdi ,
Sevib ayrı düşmək , kaş olmayaydı .
Nəqməıər quş kimi qanadlananda ,
Gözlərdən axan yaş olmayaydı !
Mənim qəlbim kimi , inləməz kaman ,
İlk eşqi itirmək , yamandır-yaman .
Könülləri həsrətdən dolanan zaman !
Ürəklər çevrilib daş olmayaydı,
Silinməz qəlbimdən bu yara bu daq,
Keçdi gənçliyimdən qəm budaq budaq !!
Həsrətdən-möhnətdən titrədən dodaq ,
Kədərdən catlayan qaş olmayaydı,
Mən səni sevirəm ! Sən varı-pulu.
Gör hardan düşübdü eşqimin yolu ,
Nə mənim ürəyim bir dəli dolu ,
Nə sənin üreyin , boş olmayaydı .
Yar deyib aqlayır könlümün sazı !
Bir gündə yüz dəfə yazıram azı ,
Sücayət heç kimin baharı , yazı
Dönüb birdən birə Qış olmayaydı ........
©elwen_95
E