T

NİFRƏT YAĞIŞINDA..✍

Səni sevdim bu sevdaya büründüm
soyuq münasibətdə çox üşündüm
ardınca illərdir ki gəzib süründüm
çox fikirləşdim, çox düşündüm
faydası olmadı heç bu axtarışında,
əhdimiz silindi nifrət yağışında.
Artıq sınıq qəlb ilə məyusam indi
məcburam barışıb mən susam indi
zülüm adlı aləmə məxsusam indi
tənhalığ qəfəsində məhbusam indi
dözülməz əzab var hər qarışında,
əhdimiz silindi nifrət yağışında.
Bu nakam eşq üçün yaranmadım mən
bu yolda gec qalıb yuvandım mən
xəyanət çirkabında bulanmadım mən
son görüş gözlərimə inanmadım mən
doğma insanın yad davranışında,
əhdimiz silindi nifrət yağışında.
TƏNHAAŞİQ xoş günün sədası yoxdur
bi'çarə könülümün ki şəfası yoxdur
mənə dünyanın zövqü-səfaı yoxdur
çünki bəziləri kimi vəfası yoxdur
qeyb olur bir əcəl sıçrayışında,
əhdimiz silindi nifrət yağışında
TƏNHA AŞİQ
©tenhaasiq