Özlərəm bilirsən, bilirsən necə?!
Hər şeyə ağlayan bir uşaq kimi
Tərk edib getmisən, indi hər gecə
Qalmışam kimsəsiz bir otaq kimi
🍃...🥀...🍃
Nifrətim nə sənə nə də sevgiyə
Qəlbimdir məskənin sənin hər zaman
Nifrətim deyildir başqa, özgəyə
Layiqdir özümə özü də yaman
🍃...🥀...🍃
Bu dərdi başıma özüm açmışam
Bilmirəm nələrə arxalanaraq
Sanırdım qəlbinə nur tək saçmışam
Hansı nəsnələrə arxalanaraq?!
©QəmliAşiq~©M.R.
🍂#QəmliAşiq🍂
🍂...🍃...🍂
©qemliaşiq
M