A

Nisgillər

Dəniz səssiz gəmi düm ağ
Yaşıl yarpaq hasilli bağ
Qızıl torpaq qızıllı dağ
Nə çox nisgil ki var məndə.
-
Gecə aylı, işıq günlər
Sazın çala aşıq günlər
Dəniz, mən, yar, qayıq, günlər
Nə çox nisgil ki var məndə.
-
Balta, mişar yox olsunlar
Ağac , alma çox olsunlar
Ac qarınlar tox olsunlar
Nə çox nisgil ki var məndə.
-
Ağaç,kölgə, barış, istək
Qara qansız təmiz ürək
Alov, təndir, fətir, çörək
Nə çox nisgil ki var məndə.
18 december 1995
©ahmethani