T

NİYYƏTİM BUDUR

Bu eşqi qəlbimdə dəfn etmişəm
saxlayım əzasın ölənə qədər
hansı ki yolları sənlə getmişəm
çəkəcəm cəzasın ölənə qədər.
Ah,nakam sevgi nakam məhəbbət
sənə yaralı qəlbim necə dözsün
Sən elə bəlasan ki nakam məhəbbət
qəmin qadirdi sevən qəlbləri üzsün.
Səni əzizim mənə ərməğan edib
öz yerinə qəlbimdə səni o,seçib
yaralı qəlbi bərbad,viranə edib
nəfsinə qurban məni o,seçib.
Qəmli göz yaşı qəm dəryasıdı
süzülür kədərli yanağlarımnan
nakam məm aşiqin ilk sevdasıdı
tənhayam o,gənclik çağlarımnan.
TƏNHA AŞİQ deyil sən buna layiq
gəl amma çarə yox qismətim budur
səbr et,səbr edər dərd-qəmə aşiq
sevənlər sadiq ola niyyətim budur.
TƏNHA AŞİQ
©tenhaasiq