U

Nəyə lazım

Sevgini haqq edir dəyərin bilən
Bilməyib unudan qız nəyə lazım
Illər məhəbbətin bir anda silən
Yalançı saxtakar üz nəyə lazım
Dilin tökəzləsə danışsa gözlər
Içində gizlənsə nidalı sözlər
Ürəyin çırpınsa titrəsə dizlər
Səninçün açmayan gül nəyə lazım
Qəlbini yandıran döndərən külə
Məcnuna leyli tək olmayan gülə
Dualar etsəndə gündə 100 kərə
Dəyərin itirsə ləl nəyə lazim
Zaman bərpa edər yenidən səni
Könlündən yox olar işrətin qəmi
Limana yan alar yeni bir gəmi
Yeni səhifələr aç sənə dur nəyə lazım
.......................Q........V............................
©uqar