"Mən insanlara yaxşılıqdan başqa heçnə etmədim,amma insanlar məni incidir. Yoruldum həyatdan,yaşamaq istəmirəm. Bundan sonra mən də insanlara qarşı daşqəlbli olacam" falan filan tipli nə qədər cümlə eşidirik,bəlkə də, işlədirik, elə deyilmi🙂? Bilirəm,pis zamanları olur insanın, bilirəm, yaşama həvəsini öldürəcək məqamlar yaşayır insan. Amma düşünmürük ki, bu olanlar niyə olur,niyə bizim başımıza gəlir? Ey insanoğlu,anla , bu olanlar sənin imtahanındır! Allah deyir ki , Mən bəndəmi sınayım. Hər şeyə rəğmən, insanlığından əl çəkmirsənsə,demək ki, imtahandan keçirsən. Yox,əgər " Mən də artıq insanlara qarşı qəddar olacam" deyirsənsə, təəssüf ki, imtahandan kəsilmisən. Bilməlisən ki, Allah ən sevdiyi qullarını çətinliyə salır, salır ki, sevimli bəndəsi daha güclü və iradəli olsun. Çətinliklərlə onu sınayır ki, bəndəsi hər sıxıntıdan bir "Şükür" çıxarmağı bacarsın. Amma sən bu imtahanlardan keçə bilməsən, yazıq sənin halına. Allah deyir ki, " Bəndəmə mərhəmət edənə mən də mərhəmət edərəm." Əgər bütün olanlardan sonra ürəyini çirkləndirirsənsə,Allahın qəzəbinə tuş gələ bilərsən!
Ona görə də bu olanlardan sonra pisə doğru dəyişmək yerinə,sən olduğun kimi qal. Haqq və ədalətin əlbət bir gün bərqərar olacağı vaxt da gələr. Yetər ki, inamını heç vaxt itirmə. Yetər ki, ürəyini kirlətmə. Yetər ki, yaxşılığından əl çəkmə və yetər ki,unutma - " Dərdi verən Allahın dərmanı verecəyi gün də gələr!" ❣️
©nzrinaslan
N