Yenə qəm, qüssəli ay qoydu qədəm qəlbimizə
Gətirir əldə qara, qanlı ələm qəlbimizə
Görən o hansı xəbərdi? Adına qəm deyirik
Görən o qanə batan kimdi? Adın cəm deyirik
Bəs o kəs söylə, niyə qanına qəltan edilib?!
Neçə illər bu xəbər hər kəsə elan edilib
Bu xəbərdə deyilir; Bizlərə zülm eylədilər,
Suya həsrətlə baxan, gözlərə zülm eylədilər..
O, Hüseyndi ki, Rəsulun canının parçasıdı
O Rəsulun bizə əmanət olan "bağçasıdı"
Əli, Zəhra kimi bir kəslərin o, övladıdı
Əli tək kəs atası, həm də onun ustadıdı..
Belə bir şəxsi axı, mən necə izah eləyim?!
O günəşdi, günəşi mən necə agah eləyim?!
İndi fikr eylə ki, onlar necə səhv eylədilər?!
Elə zənn eylədilər İslamı məhv eylədilər..?!
Cəm olub Əhli-beyt İslama can verdi, o gün
Xəstə İslama olar şövq ilə qan verdi o gün
O yer əlbəttə ki, qəmlə dolu bir səhra idi
Kərbəla sanki o gün qan dolun bir dərya idi
O günün qan verəni körəpə, Əli-Əsgər idi
Hər cəhətdən Rəsula bənzər olan Əkbər idi
O gün İslama görə yetmiş iki can getdi
Onlar Allaha görə canını qurban etdi
Onların getdiyi yol bizlərə bir ibrətdi
Bizə onlar necə insan yaşayar, öyrətdi
Merac, onlar gedən o yol bizə bir məktəbdi
Qəlbi dərd ilə dolan dərdlilərə bir həbdi
🏴MERAC🏴
©merac
M