R

Ödəmişik

Ödəmişik ağrılarla dəfələrlə rüsumu
Bədənimizin var amma yoxdu ruhun qüsulu.
Düşünürəm olanları nədən oldu bu qədər?
Həqiqət o qədər acıkı deməyib susuruq.
Nifrətlərdə varıq ancaq sevgilərdə itkinik.
Bağlanırıq hər çörək verənədə biz it kimi
Ağacı kəsibdə kağız düzəldibdə yazırlar
Qoruyun hər növ  ağacı hər növ bitkini
Xərclədilər taladılar onlarda qalığları
Bir qurda görə yem olan tonlarla balığlarıq
Keçmişində sayəsində bax bu günki mən olmuşam
Unutmarıq keçmişi ,onun üçün darıxmarıq.
©rvn