I

Oğurlanmış yuxu

Yuxumu gözümdən oğurlayan qız
Sən necə? Gecələr yata bilirsən
Mən azıb qalmışam səssizliyimdə
Sən özün-özünü tapa bilirsən
 
Ağır təbiətim yüngülləşməyib
İnan təbəssümüm belə saxtadır
Xoşbəxtlik qapımı döyüb gedibdir
Birdə qayıtmağı hansı vaxtadır
 
Səndən sonra sənə oxşar birini
Axtarıb , aramaq necə çətindir
Səni düşünməmək nə yalan deyim
Gündüzlər hardasa , gecə çətindir
 
Bir şeyki yatmazdan əvvəldə səni
Oyannan kimidə səni düşündüm
Səni gözlərimdə elə qaldırdım
Səmadamı itdin? Yerə düşürdüm?
 
Sən elə qapıdan çıxıb getmisən
O yerdən gedənlər qayıda bilməz
Yuxusun itirmiş biri bərk yatar
Cümlə bəşər gəlsə oyada bilməz
                                Novruzlu İsmayıl.
 
 
 
 
 
 
 
 
 
 
 
 
©ismayıl