Bir zaman söz verdim özüm özümə
Tutmadım sözümü xəyanət oldu.
Üzü üzümədir, gözü gözümə
Baxdığım güzgüyə xəcalət oldu.
İnsan ki, özünə dost ola bilmiş
Səbəbi dostluğun sədaqət oldu.
Ən vəhşi düşmənmiş insan özünə
Tək çıxış Allahdan hidayət oldu.
Əl açdım istədim Yaradanımdan
Lütf etdi duama, icabət oldu.
Qorxuram zalımlar zülm edər deyə
Güc verdi ruhuma, mətanət oldu.
Hüseyni eşqini pünhan eylə sən
O eşqə çox yerdən nəzarət oldu.
O eşqin sahibi bilsə bəsindir
Bu eşq Yaradana məhəbbət oldu.
©hüseyni.
H