Gah mənə xoşbəxtlik dolu əfsanə
Gahda gözlərimdə kədər oldun sən
Bir gün eşitsənki olub divanə
Səbəbi səbəbsiz gedər oldun sən
Gör nə vaxtı görmür gülüm çəməni
Tale heçdə sevməz dərin sevəni
Hər məyyus düşüncə bitirdi məni
Həmin an ağlımdan keçər oldun sən
Qəm dolu badəni içirdim ancaq
Düzdü çətin yoldan keçirdim ancaq
Önümə nə çıxdı seçirdim ancaq
Bunların hamsından betər oldun sən
Sözümün düzünü necə desəmdə
Fikrimi çürüdüb gülümsəsəmdə
Küləyə qarışıb mən hey əsəmdə
Güya imdadıma yetər oldun sən
Əslində qalarsa sözün düzünə
Ömrümü verərdim bircə sözünə
Vaxt vardı baxardı gözüm gözünə
İndi xəyalımdan ötər oldun sən
_Hüseyn Məmmədov
©_huseyn_
_