T

Öldür məni..

İnamım qalmayıb nəyəsə daha,
Sevgi də pul olub satırlar baha.
Mən də hər günü əl açıb Allaha
Deyirəm öləndə düz öldür məni..
Sevgi məhəbbət boşdu, falandır,
Dərdə düçar olmuş qəlbim talandır.
Danışma ey gözəl sözün yalandır,
Şəraba zəhər qat süz öldür məni..
Yazmışam talehim qaralıb mənim,
Bu qara talehə sən oldun qənim.
Batdı dəryalarda o nəhəng gəmim,
Gəl artıq batmışam üz öldür məni..
©tural_sami