A

Olmadı Alınmadı

Olmadı alınmadı, parçalandım dağıldım, olmadı alınmadı 100 ürəkdən qovuldum. Olmadı alınmadı, Parça-parça bölündüm, Misralara çevrilib Yad dillərdə deyildim
Olmadı alınmadı, yerim səhv düşdü nəsə,
Öz içimdə qıvrıldım əl açmadım heçkəsə
Olmadı alınmadı, indi əlim boşdu boş
Gecələri hüzünlü sabahı yarı sərxoş
Olmadı alınmadı bacarmadım gecikdim
Guya çox çalışırdım, guya dəyişəcəkdim
Olmadı alınmadı yaş keçdi ömür ötdü
Dərdlərim dogmalaşdı, dərdim məni böyütdü
Olmadı alınmadı yollar dumanda itdi
Əl etdiyim qatarlar hamısı çıxıb getdi
Olmadı alınmadı bir çiçək də dərmədim
Ya dərməyə gecikdim yada dərə bilmədim
Olmadı alınmadı beləymiş bəxtim belə
Deyin üzü bərk imiş deyin yaşayır hələ
Olmadı alınmadı...
©aytekin