Çətindir indi dövrü zaman
Azdı qulaq asıb söz qanan
At yemir daha arpa saman
Daha atında minnəti var.
Əvvəllər kişi tanınardı
Əlbət başda şux papağıynan
Dodağda tütün supağıynan
İndi nakişinin qeyrəti var.
Əvvəllər bir məclis olardı
Qadın ortaya qeybət salar
Kişi qadın ağzı yumardı
İndi kişinin qeybəti var.
Dəyişir əlbətdə zamanə
Sonumuz Allah bilir ancaq
Üzün tutub gedir hayanə
Hərənində öz niyyəti var.
Hə indi hər şey açıq aşkar
Soyunan kim üryan olan kim
Duymayaq olsun qulağda kar
Ancaq iki göz qisməti var.
Qeyrət sözün təmsil eden
Analar bacılar var idi
Yaşamağı ilə tanınırdı
Yaxşının zatən isməti var.
Ağsaqqal azalır ged gedə
Alıb hər yeri nə yazığ ki,
Cahildən cahil gedə güdə
Nə olsun elmin heybəti var.
Şair işidi yazsın sözün
Əlbətdə sözün ən düzün
Haqsızlıqdan yazmayan üzün
Görən özünə hörməti var.
Haqqına girilənlər bilər
Ölüykən sağ olanlar bilər
Nəfəsi pulla alanlar bilər
Sözümün az çox hikməti var.
Körpələr öldürülür həyif
İnsanlarda zəifdən zəif
Ye iç nə qədər olar keyif
Görən onların heyrəti var?
Haqqı bilməzlər anladım mən
Haqqa inamları varmı bəs
Eşitmisən heç olmaya sən?
Bəlkə kafirin beyyəti var.
Məndə dedim məndə olandan
Səndə danış biraz pünhandan
İntiqam alcaq Allah yamandan
Quranda insan qiyaməti var.
©darya_isaq
D