Sən də mən tək bir bəlayə mübtəla olmazmısan?!
Sındırırsan əhdini bəs bivəfa olmazmısan?!
Sən ki, düçar eylədin bu dərdə bir yolluq məni
Ey mənim dərdimə dərman, imtina olmazmısan?!
Sevgimi zaye edib sən iftira etsən mənə
Şər olan bir kəs ilə sən iftira olmazmısan?!
Kim ki, eşqə mübtəla olsa olar bir xəstə tək
Sənsə çox aram gəzirsən ibtila olmazmısan?!
Haqq olub bizlər üçün hər bir zaman rəhbər, imam
Rəhbərin haqq olsa sən də iqtida olmazmısan?!
Olsa, Merac, getdiyin yol haqq yolu ol yol üçün
Söylə şövq ilə bu yolda iltica olmazmısan?!
🍃MERAC🍃
©merac
M