Günəşlə birlikdə yola çıxarsan
Elə bil heç gecə görməmiş kimi
Elə bil nəfsinin qapısın açıb
Ruhuna çəpərlər hörməmiş kimi
Göl ol heç bir zaman çaylara axma
Kədəri zəncir tək qoluna taxma
Düz get çalış ki arxaya baxma
Heç zaman geriyə dönməmiş kimi
Yuxu ol beynlər içinə qarış
Həyat böyük oyun sonadək yarış
Şəmə dön alovunla yanaraq barış
Elə bil heç zaman sönməmiş kimi
Toğrul qələmini yerlərə atma
Özgənin atı ilə fələyə çatma
Axirət aləmin dünyaya satma
Ömrünü yarıya bölməmiş kimi
Düşün ki doğuluşdan ölməmiş kimi
©t.celil
T