"olmur"
əlimdə bir ovuc su kimi sanki,
axaraq gedirsən,saxlamaq olmur.
bu cürə həyatı,bu insanları,
yaş yaşa dolmasa anlamaq olmur.
balaca ağlayan uşaqsan sanki,
nəyə güləcəksən anlamaq olmur.
bu sevgi yaşadır,yoxsa öldürür?
yaşayıb ölməsən anlamaq olmur.
iqlimi dəyişən dünyasan sanki,
yaz gəlib,yoxsa qış anlamaq olmur,
baharda yağacaq qar görməmişdim.
sən hansı fəsilsən?anlamaq olmur.
©rufet
R