Bəlkədə maraqlı deyil səninçün,
Tələsmə,deyəcəm bil nəyə gəldim.
Bəlkə də darıxmısan səndə mənimçün,
Bu gecə mən səni, görməyə gəldim.
Hardadır o birgə sevgi dediyimiz,
Uzun zaman oldu görüşmədiyimiz,
Bu dərdi bərabər bölüşmədiyimiz,
Dərdimi səninlə bölməyə gəldim.
Bilirəm, gəlişim oldu xəbərsiz,
Artıq bacarmıram mən daha sənsiz,
Eşitdim gözünün yaşını mənsiz,
Sən silə bilmirsən, silməyə gəldim.
Sənsiz yaşadığım hər günüm haram,
Sən yoxsan ölərəm, sən varsan varam,
Ya gedək mənimlə artmasın yaram,
Yada qaz qəlbimi, ölməyə gəldim.
©sema_123
S