A

Ölməyə Vətən

Bu əsgər arzulu səngərlərimiz,
Qısalır ömrümün son anınacan.
Bu əsgər arzulu səngərlərimiz,
Uzanır şəhidlik məqamınacan.
Səmada rəqs edən dualar daha,
Tələsib, gec tapır öz sahibini.
Yolların itirmiş uşaqlar kimi,
Hər mərmi axtarır öz sahibini.
Hər şəhid üstünü yorğantək örtən
Minlərlə qərənfil çəmənsiz qalıb.
Gör necə müddətdir ürəklərdəki,
Vətənin özü də vətənsiz qalıb.
Bir cığır misalı səngərlərimiz,
Elə bil, döşənib başdaşı ilə.
Hər şəhid qanını bu səngərlərə,
Əkibdir Analar göz yaşı ilə.
Yaşamaq üçün biz ölməliyiksə,
Qoy ölək vətənçün, ölməyə vətən.
Necə ki, bir zaman deyib, deyənlər,
"Gəzməyə yad diyar, ölməyə, vətən".
(səngər = Toprak )
(tapır = Bulma)
(Tələsib = acele etme)
(axtarma = arama)
(baştaşı = mezar taşı)
©arazefendi