C

Ölməz bu məhəbbət...

İllərlə yaşatdım dəli sevda ürəyimdə
Bir sevgi coşub çağladı dərya ürəyimdə
Qəbr evinə gedəycən yaşıyar yar ürəyimdə
Ölməz bu məhəbbət ölə bilməz ölə bilməz
Dilləndirər ahım dağı sənsiz, daşı sənsiz
Qəmnən yanaram göynər ürəyimin başı sənsiz
Sən gəlməyəneycən tökərəm göz yaşı sənsiz
Sənsiz üzüm ey gül gülə bilməz,gülə bilməz
Ölməz bu məhəbbət ölə bilməz, ölə bilməz.
©cavid1910