R

Ölənə sözüm

Yəqin göydən baxırsan
Ulduzlar kimi.
Orda sən də yanırsan,
Anan da yanır,alovlanır.
Düşündükcə səni,canı dağlanır.
Qəbrin öpülüb,qucaqlanır,
Sənin üçün
Burda yas saxlanılır.
Hamı səni xatırlayır,anır,
Həyat isə beləcə dönüb, fırlanır.
Aparır
Sənin kimilərini,
Aparır
Mənim kimilərini.
Əcəl hələ çox götürəcək,
Dünyadan bizim kimilərini.
25.03.2014 R.Hova
©revane2412