Vəslə görə ömrümü mən verdim,
Ayrılığın barını çox dərdim.
Səndən uzaqlıqdı mənim dərdim,
Bəzmi-vüsalında qonaq olsam...
Mən səri-kuyindən uzaq olsam,
Ah edərəm səndən iraq olsam...
Nurun ilə aləmi nurlandır,
Cansız olan canları canlandır
Eşqin ilə gəl məni odlandır,
İstəmərəm səndən ocaq olsam...
Mən səri-kuyindən uzaq olsam,
Ah edərəm səndən iraq olsam...
Xoşdu mənə, yüz belə dərd gəlsin,
Kiprik oxu sinəmi qoy dəlsin.
İstəmərəm dərdimə kövrəlsin,
Yarım üçün bir də sınaq olsam...
Mən səri-kuyindən uzaq olsam,
Ah edərəm səndən iraq olsam...
Qaşi kəman gör nə əzab etdi,
Qəlbimi yandırdı kəbab etdi,
Naləmə axırda cəvab etdi:
Verməyəcəm abi bulaq olsam...
Mən səri-kuyindən uzaq olsam,
Ah edərəm səndən iraq olsam...
Rabil, ona dönmərəm üz əsla,
Lap məni qoymuş ola, gər tənha.
İstəmirəm özgəni, ol illa,
Bezmərəm ol yarə dayaq olsam...
Mən səri-kuyindən uzaq olsam,
Ah edərəm səndən iraq olsam...
🍃©MERAC🍃
©merac
M