Sənsiz ömrüm gedir itir günlərim,
Vidalaşıb həyatla ölsəm bağışla.
Yadında qalsın bu son sözlərim,
Məni məzarlıqda görsən bağışla.
Mənalı mənasız ömür yolunda,
Ölüb gedəcəm məndə sonunda.
Canımı tapşırsam sənin qolunda
Gözündən damla yaş axsa bağışla.
Bu ömür xatirətək qalar gözümdə,
Çox çətin çıxılmaz yol var önümdə.
İnanki bircə yalan yoxdur sözümdə,
Əgər məndə xətalar varsa bağışla.
©sh.tural
T