B

OLSUN.

Arzusuz istəksiz yaşamaq olmur
Gərək yaşayanın arzusu olsun.
Ümidli insanın gülləri solmur
Yetərki yaşamağ duyğusu olsun.
Qoy zaman güdməsin nəsə bəndədən
Bəndə qoy zamanın oğrusu olsun.
Keşdiycə həyatda iti rəndədən
Canında ALLAHın qorxusu olsun.
Oxusun avazla şövqlə QURANı
Gözəl tələfüzü vurğusu olsun.
Cəhənnəm yelinnən alsın imanı
O ALLAH yolunun yolçusu olsun.
Bilirəm bu olmur hər bir bəndədə
İstədim şeirimin mövzusu olsun.
ALLAHa təvəkkül iman məndədə
Açığı istərdim doğrusu olsun.
©baxruz