Səni qorxuzmasın ey bəndə bu dünyada ölüm.
Əbədi bir dirilikdir belə mənada ölüm.
Bu həyat axirətin fərz elə bir tarlasıdır.
Yuxu isə ölümün zərrəsidir parçasıdır.
Gördügün röya cəhənnəm ya behiş damlasıdır.
Salmasonda özü salmışdı səni yadə ölüm.
Səni qorxuzmasın ey bəndə bu dünyadə ölüm.
Əbədi bir dirilikdir belə mənadə ölüm.
Elə bir körpüdi ölmək ki onnan hər insan keçəcək.
Elə bir badədir onnan bütün aləm içəcək.
Kimki burda nə əkibdürsə o yanda biçəcək.
Sən elə zənn eləmə ömrü verir badə ölüm.
Ömrü mənasını işrətdə görən bilməyəcək.
Nədi batil nədi Hak, HAKKA belə gəlməyəcək.
Elə məşqulduki zən eyliyir heç ölmüyəcək.
Anlamır axır əvəl var belə ifadə ölüm.
Hak deyib hakkı seçibler hakkı tutublar kişilər.
Cism olub parça tikə ruhən udublar kişilər.
Yaşamaqdansa rəzil tək buyurublar kişilər.
Xoş geder ALLAHAda mərdi və azadə ölüm.
Səni qorxuzmasın ey bəndə bu dünyada ölüm.
Əbədi bir dirilikdir belə mənada ölüm
©baxruz
B