Müəllif Ömür Yazar
Ölümə addım!
Bilməzdim mən bəxti qara geyinmiş,
Sənində libasın torpaq olarmış.
Səndən mənə qalan, sənli xatirə,
Solmuş çiçək, quru yarpaq olarmış.
Səni bu qırılmış əllərim ilə,
Tapşırdım torpağa, sonra Allaha.
Sən kimə tapşırıb getdin ki, məni...
Ruhumu dəfn edib qalxdın dərgaha.
Doğulan günündən, ölən günədək,
Gəl iməklə, yeri, sonra qaça-qaç.
Özün əllərinlə qaz məzarını,
Sonra yavaş-yavaş ora ayaq aç!
Torpağın udduğu bədən, ruh isə,
Allah əmanəti verdi və aldı.
Bizlərdən geriyə məzar, baş daşı,
İki şəkil, birdə quru ad qaldı.
©ömüryazar
Ö