Min təbib gəlsə də olmaz mənə aləmdə əlac,
Aşiqin çarəsi öz istədiyi yarda olur.
Yıxmısan can evimi indi abad etməlisən,
Yıxılan xanəlarin təqsiri memarda olur.
Məni sənsən belə bir eşqə giriftar eliyən,
Yoxsa mən bilməz idim eşqi nedir,harda olur.
Yarın öz meyli olur ki,gedir əğyar sözünə,
Bir qələt sözdü deyirlər,günah əğyar da olur.
©cavid1910
C