Məndən tələb elə, sevgini istə
Sevgindən olmuşam məcnuntək xəstə
Nə desən sevgilim gözlərim üstə
Ömrümün mənasi sevirəm səni
Dağ çəkmə qəlbimə silinən deyil
Küçədə gəzirəm mən veyil-veyil
Həyatda tək sənə salmışam meyil
Ömrümün mənası sevirəm səni
Səni düşünürəm mən gündüz-gecə
Xəyallar qururam səndən gizlicə
Səbəbin soruşma bilki sadəcə
Ömrümün mənası sevirəm səni
Sevgimiz saf olsun sevgimiz təmiz
Sevgimiz bir ümman sahilsiz dəniz
Sevgimin sübutu bu cemi 4 söz
Ömrümün mənası sevirəm səni
©ahmet3
A