İnsanlar nə zaman dəyişdi belə
İnsanlıq nə yaman dəyişdi belə
Qanayan yarana duz səpir çoxu
Çoxları çox güman dəyişdi belə..
"Yaxşılıq" altından pis qoxu gəlir
Bir oxun dalınca min oxu gəlir
Ayırmaq çətindi pisi, yaxşını
Hiyləylə, kələylə bax çoxu gəlir..
Qorxursan kimləsə deyib-gülməyə
Dərdini kimləsə deyib-bölməyə
Bezirsən əlindən, "köçüb-gedəndə"
Yenə imkan vermir rahat ölməyə..
Haradı dünyanın sakit, xəlvəti?!
Dəyərsiz dünyanın varı, şöhrəti
Sağ ikən dəyirsiz sayılanlara
Öləndə verirlər dəyər, qiyməti..
Rabil, bu dünyada gəl elə yaşa
"Ömür kitabını" yaxşı vur başa
Bizlər istəsək də, istəməsək də
Qayıdır sonumuz torpağa, daşa
🍃©MERAC~©M.R.🍃
🍃#MERAC🍃
©️MERAC
©merac
M