T

ÖMÜRDƏN BİR AN...

Oxuyanda bu şeyri sən sətir-sətir
keçmişi gözünün önünə gətir
düşün bu şeyrin mənası nədir
gör hansı dövranın xatirəsidi,
ömürdən bir anın xatirəsidi.
Xəyalda qonaqsan hər gecə yarı gəlmirsən bir dəfə zəng elə barı
qəlbimdə bu nakam eşqin məzarı
bir əziz insanın xatirəsidi,
ömürdən bir anın xatirəsidi.
Həsrətin tez salsada üzümdə cizgi
yandırsada qəlbimi bu nakam sevgi
hər dərdi,qəmi xoşdu,şirindi çünki
sevdiyib cananın xatirəsidi,
ömürdən bir anın xatirəsidi.
Hər sevən aşiq Bəxtiyar olmaz
çünki hər gözəldə etibar olmaz
TƏNHA AŞİQ qəminən yadigar olmaz
bu yanan bir canın xatirəsidi,
ömürdən bir anın xatirəsidi.
©tenhaasiq