Qıcıdaraq caynağını, dişini
Dəyişibdi çoxunun vərdişini
Bilmək olmur bu dünyanın işini
Gah özgədi, gah da doğma, tanışdı
Həm ağladar, həm də gülər halına
Zəhər qatar ovqatına, balına
Aldanma gəl, yalanına, malına
Peşman olub kim onunla barışdı
Hər kim düşə "mənəmçilik" dərdinə
Varmaz o kəs bu dünyanın fərqinə
Hörmət qoymub kim insanın mərdinə
Unudulub torpaqlara qarışdı
Yalanlarla bu dünyanı bezdirən
Bir yalanla, min insanı əzdirən
Yalanlarla yalanları gəzdirən
Sonda yaman rüsvay olub danışdı
Bu dünyadan kim yaxşılıq qopardı,
Sanki zəngin var-dövləti apardı
Rabil, gedən indi başqa qatardı
Əsl yarış,- ömür adlı yarışdı..
#MERAC
©merac
M