Aşiqəm bir gözələ vurğunu ellərdi onun
Həsrətindən yanıram gör neçə illərdi onun
Rüxi-mahın görənin qəddi düta olmuş hər an
Zülfünü badi-səba gör necə yellərdi onun
Bu gözəl nazəninin şəninə bülbüllər oxur
Çünki ən başda xiridarı o güllərdi onun
Elə bir sirr ilə xəlq eyləmiş ol Xaliq onu
Nəzərin hüsnünə göylər belə zillərdi onun
Hər səhər bizləri bihuş eləyən bir qoxu var
Demə xoş rayihələr yaymış o tellərdi, onun
Rabila, sən də o ellər gözəlin görsən əgər
Daşlaşan qəlbini müjgan-oxu bellərdi onun
🍃MERAC🍃
©merac
M