Hərdən dalıram xəyallara mən,
Keçmişi fikirləşib yadıma salıram.
Fikirdən düşübdür saçlarıma dən,
Ötən günlərimi hərdən anıram.
Nə gözəl günlər idi o ötən günlər,
Aradan keçdi xeyli fəsillər.
Sevgidə yalan yox, dostda xəyanət,
İndi yaranıbdır yeni nəsillər.
Ahh niyə getdi o gözəl illər,
İllərin həsrəti gözümdə qalıb.
Açırdı həyatda hər günü güllər,
İndi güllərimiz quruyub yanıb.
Uşaqlıq illəri xatirə dolu,
Mehriban qonşular, xoş üzlü dostlar.
Unudulmaz keçirdi uşaqlıq yolu,
İndisə vardır ancaq yalanlar.
©sh.tural
T