Hansı namərd, hansı düşmən qəlbən ayrı salıb bizi?!
Səpələyib hər tərəfə hansı sözlə alıb bizi?!
Deyirsən öz sapımızla vurmağı tək qalıb bizi?!
Neçə illər bu məqsədlə olub çolaq oynadılar
Biləndə biz oyanırıq qəfil təlaşa düşdülər
Çoxlu götür-qoy eyləyib fikri-savaşa düşdülər
Əldən düşüb yorulanda gah bərk, gah boşa düşdülər
Sonda sülh ilə aldadıb qurub tuzaq oynadılar
Yerlərini gen eyləyib bizi bizlə qırırdılar
Səni mənlə məşğul edib əziyyətsiz yorurdular
Ağrımıza ağrı qatıb bizi sözlə vururdular
O gün torpaqla qəlbimə taxıb sancaq oynadılar..
🍂QəmliAşiq🍂
©qemliasiq
M