Mən öz həyatımı şeyr yazıram
oxuyub şair sağ ol deyirlər
gələcəyi keçmiş günlə pozuram
ömür qələminin yolunu əyirlər.
Qohumlar yad olub uzağlaşırlar
yadlar qohum tək yardım edirlər
dostlar düşmənlə qucağlaşırlar
ehtiyac nə gərək yardım edirlər.
Dünyamız tərsinə dövran eliyir
ziyanan xeyr gəlir xeyrdən ziyan
pislər də yaxşını peşman eliyir
haramlar halala verməyir aman
TƏNHA AŞİQ tənhalığ imtahandı
çalış üzü ağ ol,üzü qara çıxma
haqq ki nahaq ilə sıxılan andı
dərd-qəmi sirr tut aşkara çıxma
©tenhaasiq
T