T

ÖZGƏ İNSANI SEÇDİN

Mənim üçün kədərli olub
can üzür tənha gecələr
hər an zülüm-əzabla dolub
qəmli qəfəsdi dünya gecələr.
Ümidim şam tək əridi getdi
qalan xatirəm acı şərab kimi
məni öz əzizim bədbəxt etdi
çəkə bilmərəm bu qəm yükümü.
O, vəfasızın bir yalnış əməli
bir əlacsız bəladır can qoparır
mənə bənzər tənha gəmi məsəli
təlatümlü dərya tufan qoparır.
Qəm zindanında günahsız biri,
olsam da bunun nə faydası var
bağlıdır boynuma kədər zənciri
o, məzarda açılır öz qaydası var.

Nəfsani istəyi ki yerinə yetirdin
məni bu istəyin qurbanı seçdin
TƏNHA AŞİQ'i sən o, an itirdin
o, an ki özgə bir insanı seçdin.
©tenhaasiq