Sən yenə qayitsan yenə sevərəm
Başqasınını sevməyə həvəsim çatmır
Mən səndə sevgimi hava bilmişəm
Sən çıxıb gedənnən nəfəsim çatmır
Yadındamı Günəşim deyərdim sənə
Heyifki sən məni qandırıb getdin
Sən çıxıb gedənnən batmışam qəmə
Sən səni sevəni yandırıb getdin.
Mən sənə rəfdəki kitab deyiləm
Üstümə bər bəzək toxuma məni
Oxuyub kənara qoyasanda olar
Nə badə özgəyə oxuma məni
Bir vaxt gözlərimin nuru olsanda
Sevgi baxçamızın xarısan indi.
Səndən danışmağın mənası yoxdur
Bilirəm özgənin yarısan indi.
Sənsiz elə halda elə gündəyəm
Danışa bilmirəm dinə bilmirəm
Sən elə dərd verib çıxıb getmisən
Özümdə dərdimi bilə bilmirəm
Mən dəli aşiqəm şeir yazıram
Şeirim dillərdə oxunur indi
Mən necə alışıb necə yanmayım
Yarıma özgəsi toxunur indi.
©genc_shair
G