R

Özünü tanı

Zaman korlanıb,
Dünya sanki, tərsinə fırlanıb.
Doğma, öz doğmasına aldanıb,
Zaman korlanıb.

Heç anlamıram bu həyatı,
Heç anlamıram bu zamanı.
De, dünən güvəndiyin insan,
İndi hanı ?!

Tanrı bizə həyat verdi,
Yaşamağa həyat verdi.
Doğma gətirdi özgə yedi,
Zaman korlanıb,hamı dedi.

Tanımaq olmur ,
İndi insanı.
Ey insan
Əvvəl özünü tanı,
Sonra başqalarında gəz nöqsanı.
29.07.2013 R.Hova
©revane2412