Para olanda çox dostu-yoldaş
sənin üçün gedərlər ölümə bir baş
bunu edən para,bu anda qardaş
sayğı,xətir,hörmət paradı-para.
Yalvarıram HƏQQİ-TƏALLA'ya indi
məcnunu yenidən gətir dünyaya indi
yol almaz qəm dolu səhraya, indi
sevgi və məhəbbət paradı-para.
Yalana məğlub olub inam qalmayıb
dillərdə haqdan bir kəlam qalmayıb
etibarlı adam kimi adam qalmayıb
cəm fikirdə cəmiyyət paradı-para.
İnsan var parayla sevdiyi insanı satır
özü vəd etdiyi əhdi-peymanı satır
qüruru qurban verir vicdanı satır
düşündüyü ləyaqət paradı-para.
Bəşər yanır ya RƏBB nəfsi közündə
bilərək səhvə qurban verir düzündə
şeytanan çox dərd verən yer üzündə
ona olan eşqə lə'nət paradı-para.
TƏNHA AŞİQ səbr elə, et hövsələ
haqqı diyənlər üçün qururlar tələ
ədalətli hakimlər üçün də belə
haqq sayılan ədalət paradı-para.
TƏNHA AŞİQ
©tenhaasiq
T