Vaxt var idi kölgəndən ayrı düşməzdim.
Qızıl güllər tək qoxunu sevdiyim çiçəydin.
Eşqdən yanan bir günəş idin.
Sən vaxtsız söndürdün içimdəki alovları.
Şam kimi əridim yollarında qayıtmayacaqsan.
Dəli-divanə oldum küçələrdə sərxoş qaldığım.
Sevincim göylərə sığmazdı sənliyi yaşarkən.
Sənsizliyə aldanıb məst olmuşkən mən.
Bir daha o toxunuşu haradan alacam.
Həyat sirr sevgisini yaşamazkən nələr etdim.
Göylərdə uçan quş kimi qanadım qırıldı.
Düşərkən o acı qədərimi xatırlamaq mənə bəsdi.
Bir daha xoşbəxtliyi kimdən alacam tək qorxum.
Silinmiş xatirələri kim yazdı bəxt yazıma?.
O hekayəni unutmamaq bəsdi anları xatırlamaq.
Mən o sevgini yaşadan bir arzu idim.
Sən isə bu hissi bitirən bir acı hekayə oldun.
Qəlbimdə olmayacaqsan bu eşqi necə yaşadım?.
Yanımda deyilsən o əllərindən necə tutunum?.
Günahların bir başqasının olmuşkən onu necə bağışlayım heç düşündünmü?.
Gedişin payızı xatırladır izsiz varlığın bir daha düşməz yadlara.
©elçinyusuf
E