Deməyə çox gecdir bilirəm indi
Canlanıb ağlımda gözlərin yenə
Peşamanam mən o gün ayrılan zaman
Son ürək sözümü demədim sənə
Sanki təngənəfəs gəlib çıxmışdın
Bir söz gözləyirdin mənim dilimdən
Söylə nə edəydim onlar ayırdı
Onsuzda gəlməzdi heçnə əlimdən
Mən sərras olsamda olmazdı fayda
Bu eşqin hədəfi əlçatmaz oldu
Kaş mənə son dəfə baxmazdın elə
Ürəyimdə qaldı gözlərim doldu
Sızlayır yaralar qan da dayanmır
Puç olmuş arzular tək, axıb gedir
Görəndə gülürsən xoşbəxt olurdum
İndidə yalnızlıq pərişan edir
Bir hərf yazmışam qəlb donəcəyimə
Dönürəm bax həmin dairələrdə
O, baxışdan sonra inlədi mənim
İçimdə toz basan xatirələrdə
©_huseyn_
_