Gecələr gözləyirdimsəni orda,
Gecikər, tələsirdin gəlib sonda.
O vaxtı sevgi qalmadı sənə qarşı,
Səni görmüşdüm mən də orda.
Sevgiyə xəyanətin, çoxlu yalanların,
Önəmi yoxdumu heç sənə haramların?
Günahın o qədər çoxdu, tonla ölçülər hətta,
Artıq dolub daşır tonlarım, qramların...
Anlamışdınmı o gün, istədim ayrılım mən?
Onsuz da cismən birlikdə, ruhan ayrıyıq hə?
İşlədəndə mən ayrılıq, yalan sözünü,
Demişdin ki, nə deyirsən, ayrılıq nə?
Guya çox safsan, anlamırsan nəyisə,
Dərdi çəkən sən deyilsən, çəkən də mən isəm.
Hələ bir əmrə də bax: Siqaret çəkmə heç vaxt,
Ciyərimi siqaret almayıb, ürəyimi almısan sən!
İndiysə qaytar geri, gözlərəm sonsuzadək,
İstəsən şəkillərini sil, istəsən rəsmini çək.
Bilməzdim çürük çıxar, qoxusu olmaz heç vaxt,
Vaxtilə qıp-qırmızı, xoş qoxulu bir çiçək.
Ölçürəm səhvlərivi mən indi tonla,
Bilirsən yaxınlaşmışıq artıq yolun sonuna.
O vaxtı əlini üzərsən hər şeydən sən,
Mən səndən, Şeytan dünyadan yorula.
Bəlkə də sınaqsan, Allah göndərib mənə,
Nə olursa olsun acı çəkirəm yenə.
Peşmanam hərəkətimə, kaş deməsəydim,
Deməsəydim ki, Mən səni Sevirəm.
Sevgin də yalan başdan ayağa,
Ehtiyacın var idi sənin güclü dayağa.
Dayaq da tapdın, görəsən nə oldu bəs?
Yıxılmısan yerdəsən yenə də sən ətağa.
Bezdirmisən daha sən, almıram vecimə,
Ölümü seçərdim mənz əgər qalsa seçimə.
Siqareti səni unutmaqçın çəkir,
İçkiniysə intiqam almaq üçün içirəm.
Bəlkə də düzələrsən, onda gec olacaq,
Bilirəm sən getməyəcəksən sonacan.
İnanıram mən hələ də, bir düzgünün tapacam,
Həyatıma səhər günü açılacaq, kəpənək qonacaq...
©lucifer25x
L